San-Marinonun Regent Kapitanları Azərbaycan Prezidentini təbrik ediblər

post-img

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

XQ xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".

 

 

 

Bizi Telegram-da da izləyə bilərsiniz: https://t.me/xqazeti

Siyasət