İrəvan Moskvadan məktub aldığını təsdiqlədi

post-img

Ermənistan Rusiya hakimiyyətindən təbii qaz, neft məhsulları və emal olunmamış təbii almazların (brilyantların) tədarükünə dair sazişin mümkün ləğvi (denonsasiyası) barədə xəbərdarlıq məktubu alıb. Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, erməni tərəfi məktubu nəzərdən keçirəcək və "ehtiyac yarandıqca" cavab verəcək.

Söhbət Ermənistana qaz, neft məhsulları və emal olunmamış almazların tədarükü zamanı ixrac rüsumlarının ləğvini nəzərdə tutan 2013-cü il tarixli sazişdən gedir. Rusiya erməni tərəfinə xəbərdarlıq edib ki, əgər respublika Avropa İttifaqına üzvlük prosesini davam etdirərsə, sazişin icrasını dayandıra və ya onu ləğv edə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə "Ermənistanı yüksək qiymətlərlə qorxutmaq" cəhdlərini məntiqsiz adlandırıb.

S.ELAY

XQ

Dünya