Ərdoğan və Pezeşkian arasında telefon danışığı olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, söhbət zamanı iki ölkə arasındakı münasibətlər, eləcə də regionda və dünyada baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan bölgədə davam edən gərginlik fonunda bayramın hüznlə qarşılandığını qeyd edib və İran xalqının çətinlikləri geridə qoyaraq yenidən sabitlik və təhlükəsizliyə qovuşacağına ümid etdiyini bildirib.

O, Türkiyənin bölgədə sülh və sabitliyin qorunması istiqamətində dost və qardaş ölkələrlə əməkdaşlığı davam etdirdiyini, həmçinin danışıqlar prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Telefon danışığı zamanı liderlər bir-birlərini Qurban Bayramı münasibətilə də təbrik ediblər.

Dünya