Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Çinin Ciasin Sərhədlərarası Elektron Ticarət Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib.
AZPROMO-dan XQ-yə bildirilib ki, görüşdə agentliyin fəaliyyəti, ixrac və investisiya təşviqi mexanizmləri haqqında məlumat verilib, əməkdaşlığın inkişafı imkanları qeyd olunub. Assosiasiyanın üzv şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərdiklərini bildiriblər.
Tərəflər birgə ixracyönümlü istehsal, “Made in Azerbaijan” brendli məhsulların təşviqi, sərhədlərarası və elektron ticarət əməkdaşlığı çərçivəsində rəqəmsal satış imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

