Ali Məclisin yaz sessiyası başa çatıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Mayın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə 2026-cı il yeddinci çağırış Ali Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. 

Bu haqda “Xalq” qəzetin Ali Məclisin mətbuat xidmətndən məlumat verilib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ – “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi aparılıb.

Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra qanun səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyası dövründə fəaliyyəti ilə bağlı çıxış edən Bəxtiyar Məmmədov sessiya ərzində görülən qanunvericilik işləri, qəbul olunan hüquqi aktlar, vətəndaş müraciətləri və deputat fəaliyyətləri barədə ətraflı məlumat verib. Həmçinin Ali Məclisin nümayəndələrinin ölkədaxili və beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirakı diqqətə çatdırılıb.

Deputatlardan Rza Xudiyev, Elmar Rzayev, Asəf Orucov və Canməmməd Canməmmədov çıxış edərək yaz sessiyası dövründə Ali Məclisin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, 28 May – Müstəqillik Günü və Qurban bayramı münasibətilə xalqımızı təbrik ediblər.

Sonra Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclas iştirakçılarını və muxtar respublikanın bütün sakinlərini qarşıdan gələn 28 May – Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.

Ardınca Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Ali Məclisin 2026-cı il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

Səbuhi HƏSƏNOV 
XQ











Sosial həyat