Müsabiqəyə çıxarılan əmlaklar barədə məlumat
1. Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 391 ünvanında yerləşən 2000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 2.040.000,00 (iki milyon qırx min) manat.
2. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında yerləşən 1625.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 1.530.000,0 (bir milyon beş yüz otuz min) manat.
3. Şəki rayonu, Daşüz kəndində yerləşən, kənd təsərrüfat təyinatlı 500 ha torpaq sahəsi (örüş yeri) üzərində icarə hüququ. Əmlak yüklü deyil.
Start qiymət – 346.000,0 (üç yüz qırx altı min) manat.
4. Şəki şəhəri, Salman Mumtaz küçəsində 7,3 ha sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Start qiymət – 795.000,0 (yeddi yüz doxsan beş min) manat.
5. Şəki şəhəri, Salman Mumtaz küçəsində 7,1 ha sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Start qiymət – 770.000,0 (yeddi yüz yetmiş min) manat.
6. Şəki şəhəri, Salman Mumtaz küçəsində 29,8 ha sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil.
Start qiymət – 3.235.000,0 (üç milyon iki yüz otuz beş min) manat.
7. Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 3,8666 ha torpaq sahəsi (kənd təsərrüfatı təyinatlı torpaqlar). Əmlak yüklü deyil.
Start qiymət – 657.050,00 (altı yüz əlli yeddi min əlli) manat.
8. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 201C ünvanında yerləşən 242.3 kv.m sahədən ibarət qeyri yaşayış-sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 390.103,00 (üç yüz doxsan min bir yüz üç) manat.
9. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 195X ünvanında yerləşən 60.9 kv.m sahədən ibarət qeyri yaşayış-sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 102.312,00 (bir yüz iki min üç yüz on iki) manat.
10. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 197B ünvanında yerləşən 214.8 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 345.828,00 (üç yüz qırx beş min səkkiz yüz iyirmi səkkiz) manat.
11. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199B ünvanında yerləşən 61.7 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 103.656 (bir yüz üç min altı yüz əlli altı) manat.
12. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş 199D ünvanında yerləşən 68.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil.
Start qiymət – 115.248,00 (bir yüz on beş min iki yüz qırx səkkiz) manat.
13. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küşəsi 65, bina 3 ünvanında yerləşən 418.1 kv.m və 244.1 kv.m sahədən ibarət 2 qeyri-yaşayış sahəsi bir lot üzrə. Əmlaklar yüklü deyil.
Start qiymət müvafiq olaraq - 750.000,0 (yeddi yüz əlli min) manat və 384.458,00 (üç yüz səksən dörd min dörd yüz əlli səkkiz) manat.
14. Bakı şəhəri Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi,174 ünvanında yerləşən 493.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlaklar yüklü deyil.
Start qiymət – 1.880.000,00 (bir milyon səkkiz yüz səksən min) manat
15. Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 68c ünvanında yerləşən, 176.1 kv.m sahədən ibarət fərdi yaşayış evi. Əmlaklar yüklü deyil.
Start qiymət – 380.000,00 (üç yüz səksən min) manat
Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 26.05.2026-cı il, saat 10:00 – 19.06.2026-cı il, saat 16:00-dək
Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 24.06.2026-cı il, saat 11:00
Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135
Əmlaka, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 26.05.2026-cı il tarixdən 19.06.2026-cı il tarixədək, həftənin 3 və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında baxılmalıdır.
Əlaqələndirici şəxs: Şahin Seyidov 050-235-99-90
Əhəd Vəhədzadə 050-374-27-27
İddiaçılar qarşısında irəli sürülən şərtlər
1. İddiaçı tərəfindən əmlakın elan olunan ilkin satış dəyərinin 0,5% faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır;
2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə əmlak üçün təklif olunan məbləğ aydın şəkildə rəqəm və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir;
3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı Müsabiqə Komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər;
4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə üzrə nümayəndəsinin iştirakı ilə açılır;
5. Müsabiqə zamanı əmlakın start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar əmlak üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edir. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir;
6. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər
1. İddiaçının ərizəsi (Ərizə forması “Aqrarkredit” QSC tərəfindən veriləcək);
2. İddiaçının şəxsiyyətini təsdiq edən sənəd;
3. Təklif olunan qiymət (bağlı zərfdə rəqəmlə və sözlə göstərilməklə);
4. İddiaçı tərəfindən ödənilmiş beh məbləğini təsdiq edən qəbz;
5. Etibarnamə (nümayəndə iştirak etdikdə);
Qeyd: İddiaçı hüquqi şəxs olduqda-(Dövlət qeydiyyatı haqqında şəhadətnamə, Nizamnamə, Qanuni təmsilçinin və ya nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd (surəti);
Beh ödənilməsi üçün bank rekvizitləri
Kodu: 501587
VÖEN: 1300025711
SWIFT BIC: ACJTAZ22
Ünvan: Bakı şəhəri, AZ 1006 Qədirli küçəsi 125
M/H Mərkəzi Bankda: AZ45NABZ 01350 1000 000 000 35944
H/H: AZ67ACJT45019192794010094401

