Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ dövlət katibi Marko Rubio bu gün diplomatik və ikitərəfli münasibətlər üzrə görüşlər keçirmək üçün Ermənistana səfər edir. Bu barədə ABŞ-ın İrəvandakı səfirliyi məlumat yayıb.
Xəbəri “Anadolu” verib.
Mayın 25-də X sosial media platformasında dərc olunmuş məlumata görə, Rubionun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyi və bundan sonra hər iki rəsminin mətbuata açıqlamaları gözlənilir.
Səfirlik əlavə edib ki, “gündəliyə ikitərəfli sənədlərin imzalanması da daxildir”.
P.ƏMİRCANOV
XQ

