Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ ordusu bazar ertəsi günü bildirib ki, Prezident Donald Tramp sosial mediada danışıqların “çox yaxşı getdiyini” bildirsə də, raket buraxılış məntəqələri və minalanmış qayıqlar da daxil olmaqla, “özünümüdafiə” məqsədilə İranın cənubundakı hədəflərə zərbələr endirilib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında qeyd edib ki, zərbələr “hərbçilərimizi İran qüvvələrinin təhdidlərindən qorumaq üçün” həyata keçirilib.
CENTCOM sözçüsü Timoti Hokins açıqlamasında bildirib ki, “Hədəflər raket buraxılış məntəqələri və mina yerləşdirməyə çalışan İran qayıqları idi. ABŞ Mərkəzi Komandanlığı mövcud atəşkəs çərçivəsində təmkin nümayiş etdirərək qüvvələrimizi qorumağa davam edir”.
İranın təhdidlərinin mahiyyəti və bunun davam edən danışıqlar üçün nə demək olduğu da daxil olmaqla əlavə detallar hələlik açıqlanmayıb.
P.ƏMİRCANOV
XQ

