Bakı–Tbilisi–Bakı qatarı əməkdaşları üçün təlim keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin Baki-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarında fəaliyyət göstərən əməkdaşları üçün gömrük prosedurlarına dair təlim keçirilib.

XQ xəbər verir ki, təlim sərhədkeçmə zamanı tətbiq edilən gömrük prosedurları ilə bağlı  biliklərin və praktik bacarıqların artırılması məqsədilə təşkil olunub.

Təlim zamanı iştirakçılara gömrük nəzarətinin məqsədi, mərhələləri və istiqamətləri, gömrük nəzarəti zamanı bələdçilərin davranış qaydaları, baqaj nəzarəti, qadağa və məhdudiyyətlər, risk indikatorları, “smart customs” mobil tətbiqi və digər məsələlərlə bağlı xüsusi təqdimat əsasında məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.



Sosial həyat