Bakı Xoreoqrafiya Akademiyasının tarix müəllimi Aygül İlqar qızı Qurbanovanın “Qarabağ xanlığı” adlı yeni rəvayət kitabı çapdan çıxıb.
Azyaşlı oxucular üçün nəzərdə tutulmuş kitabda müəllif tarixi hadisələri yaradıcı təxəyyül süzgəcindən keçirərək, Qarabağ xanlığının banisi Pənahəli xanın uzaqgörənliyi, ağıllı idarəçiliyi və qazandığı uğurları sadə və anlaşıqlı dillə təqdim edib.
Müəllifin əsas məqsədi tarixi şəxsiyyətlərin formalaşmasını və həmin dövrün mühüm hadisələrini uşaqlara maraqlı bədii təsvir vasitələri ilə çatdırmaqdır.
Sadə üslubu və maraqlı rəvayət dili ilə seçilən “Qarabağ xanlığı” kitabı balaca oxucuların marağına səbəb olacaq.
XQ

