"MacBook" istifadəçilərinə şad xəbər: yeni müdafiə sistemi "Cats Lock" istifadəyə verildi

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

"Apple" korporasiyasının "macOS" əməliyyat sistemi üçün hazırlanmış tətbiqlər mağazasında "MacBook" noutbuklarının klaviaturasını ev heyvanlarından qorumaq məqsədilə yeni "Cats Lock" proqramı yerləşdirilib. Layihənin əsas hədəfi pişiklərin kompüter üzərində hərəkəti zamanı düymələrin təsadüfən sıxılmasının qarşısını almaqdır. Tərtibatçılar bu proqramı ev heyvanlarının klaviatura üzərindən keçməsi səbəbindən mətnlərin korlanması, brauzer pəncərələrinin qəfil bağlanması və ya videozənglərin kəsilməsi kimi xoşagəlməz hallarla qarşılaşan istifadəçilər üçün effektiv müdafiə vasitəsi kimi təqdim edirlər.

"Cats Lock" proqramı bir toxunuşla və ya xüsusi qısayol düymələri vasitəsilə klaviaturanın funksionallığını müvəqqədi olaraq tamamilə məhdudlaşdırmağa imkan verir. Tətbiqdə "Stealth Mode" adlı gizli rejim də nəzərdə tutulub. Bildirişlər və səs siqnalları olmadan fəaliyyət göstərən bu rejim videoizləmə, onlayn konfranslar və ya iş sessiyaları zamanı proqramın işini tamamilə görünməz edir.

Bundan əlavə, proqramda xüsusi səsli xəbərdarlıq sistemi də quraşdırılıb. İstifadəçilər sistemin standart siqnallarını seçə və ya öz səs yazısını bura daxil edə bilərlər. Pişik klaviaturaya toxunmağa cəhd etdikdə həmin səs yazısı avtomatik işə düşür və heyvanı kompüterdən uzaqlaşdırmaq funksiyasını yerinə yetirir.

Ə.Arzu
XQ

Maraqlı