Qeyri-müntəzəm yuxu rejimi orqanizmin qocalmasını sürətləndirir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Gündəlik yuxu rejiminin normadan az və ya çox olması orqanizmdə qocalma proseslərinin sürətlənməsinə səbəb ola bilər. "HuffPost" nəşrinin yaydığı məlumata görə, bu barədə mütəxəssis S. Ven apardıqları genişmiqyaslı tədqiqatın nəticələrinə istinadən xəbərdar edib.

Tədqiqat çərçivəsində təqribən 500 min insanın yuxu rejimi ilə müxtəlif daxili orqanların və sistemlərin vəziyyəti müqayisəli şəkildə təhlil olunub. Məlum olub ki, ən optimal bioloji göstəricilər sutka ərzində 6,4 saatdan 7,8 saatadək yatıb dincələn şəxslərdə qeydə alınıb. Yuxu müddəti bu normadan az və ya çox olan insanlarda isə qocalma əlamətlərinin daha sürətlə inkişaf etdiyi aşkarlanıb.

Ekspert, həmçinin yuxu çatışmazlığının bir sıra ciddi xroniki fəsadlara yol açdığını vurğulayıb:

· Həyəcan və depressiv vəziyyətlərin yaranma ehtimalı yüksəlir;

· Arterial təzyiqin artması, ikinci tip şəkərli diabet, eləcə də ürək-damar xəstəliklərinin riski çoxalır;

· Ağciyər xəstəlikləri və mədə-bağırsaq traktının işində pozuntular müşahidə olunur.

Həkimin sözlərinə görə, yuxu maddələr mübadiləsi və immun sistemi də daxil olmaqla, bütün orqanların fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. Bununla belə, hesabatda qeyd olunur ki, yuxu pozuntuları hər zaman xəstəliklərin birbaşa səbəbi deyil, bəzən orqanizmdə artıq mövcud olan patoloji dəyişikliklərin ilkin əlaməti ola bilər.

Ə.Arzu
XQ

Maraqlı