“Ayın Artemida II” missiyasına az vaxt qalmış astrofotoqraf Endryu Makkarti ağlına belə bir maraqlı fikir gəlir: görəsən, astronavtlar Ayı onun çəkdiyi kimi görüntüləyə bilərmi?
O, missiyanın komandiri Rid Uaysmenə mesaj yazır. Makkarti cavab almağın çətin olduğunu bilsə də, bu fürsəti qaçırmaq istəmir. Gözlənilmədən Uaysmen ideyanı dərhal bəyənir.
Aprelin 1-də start götürən “Artemida II” missiyasında dörd astronavt Ay ətrafında 10 günlük uçuş etdi. Onlar Ayın səthinin və görünməyən tərəfinin nadir şəkillərini çəkdilər.
Endryu Makkarti isə Yer üzündə yüzlərlə və minlərlə Ay fotosunu birləşdirərək daha detallı görüntülər yaradır. O deyir ki, şəkillərdə görünən rənglər realdır, sadəcə, insan gözü onları adi halda görə bilmir.
Bu layihə üçün Makkarti və NASA xüsusi çəkiliş planı hazırlayıb. Astronavtlar Ayın yaxınlığında müxtəlif parametrlərlə çoxlu şəkillər çəkiblər. Daha sonra həmin kadrlar birləşdirilib.
Fotoqrafın istifadə etdiyi əsas üsul “stacking” adlanır. Bu metodda çoxlu şəkil üst-üstə qoyulur, nəticədə görüntüdəki keyfiyyət artır və Ay səthinin gizli rəngləri görünür. Mavi çalarlar titanla zəngin əraziləri, qəhvəyi və qırmızı rənglər isə dəmirli sahələri göstərir.
NASA missiyadan sonra 12 mindən çox foto yayımlayıb. Makkarti bildirib ki, o, hələ bu şəkillərin yalnız kiçik hissəsini emal edib və yeni görüntülər hazırlamağa davam edir.
Bu əməkdaşlıq sayəsində insanlar Ayın görünməyən tərəfini indiyə qədər heç olmadığı qədər detallı və canlı görə biliblər.
Hazırladı:
S.ELAY
XQ



