"Vəziyyət dəyişə bilər": ÜST xəbərdarlıq etdi...

post-img

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus bildirib ki, hantavirusun Andes ştamının daha genişmiqyaslı alovlanmasının başladığına dair hələlik heç bir əlamət yoxdur.

"Hazırda genişmiqyaslı alovlanmanın başladığını müşahidə etdiyimizə dair heç bir əlamət yoxdur, lakin təbii ki, vəziyyət dəyişə bilər. Virusun uzun inkubasiya dövrünü nəzərə alsaq, yaxın həftələrdə xəstələrin sayının artması tamamilə mümkündür", - Qebreyesus mayın 12-də Madriddə keçirilən mətbuat konfransında bəyan edib.

Qebreyesus vurğulayıb ki, ölkə rəhbərlikləri ÜST-ün tövsiyələrinə ciddi əməl etməlidirlər. Bu tövsiyələrə 42 günlük karantin və risk qrupuna daxil olan insanların sağlamlıq vəziyyətinin daimi monitorinqi daxildir.

XQ

Dünya