Venesuelada 4,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentrinin Aragua ştatındakı El Limon şəhərindən 35 kilometr şimal-şərqdə olduğunu bildirir.
Açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi deyilir.
Qeyd edək ki, iyunun 24-də axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Onların episentrləri Yaracuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Zəlzələdən sonra 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada 1400-dən çox insan ölüb, 3200-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

