Milli Gimnastika Arenasında UFC Fight Night: Fiziev vs. Torres turniri ərəfəsində ən həyəcanlı və yaddaqalan tədbirlərindən biri – Təntənəli Çəkiölçmə və Üz-üzə Gəlmələr keçirilib.
Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.
Tədbirdə maraqlı anlardan biri də azərbaycanlı Rafael Fiziyevin tərəfdarlarına ana dilində səslənməsi olub. Onun: "Sabah qələbə qazanacağam!" - sözləri azarkeşlərini coşdurub.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Tacir SADIQOV
Cavid QAÇAYEV (foto)
XQ


.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)

