Avropa çempionatında 3-cü

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatına yekun vurulub.

Böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında qitə birinciliyində mübarizə aparan sərbəst güləş üzrə millimiz uğurlu çıxışla yadda qalıb.

2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xal toplayaraq komanda hesabında Rusiya (167) və Gürcüstandan (165) sonra üçüncü yeri tutub. Millimiz medalların əyarına görə isə yalnız Rusiyadan geri qalıb.

Xatırladaq ki, komandamızın tərkibində Yusif Abdullayevlə (38 kq) Elvin Necəfzadə (85 kq) qızıl, Elman İsmayılovla (41 kq) Adəm Quliyev (52 kq) gümüş,  Məhəmməd Kərimov (44 kq) və Yusif Hüseynov (62 kq) isə bürünc medal qazanıblar.

Qabil YUSİFOĞLU
XQ

 

İdman