Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa İttifaqının Macarıstanın keçmiş baş naziri Viktor Orbanın əvəzlənməsindən məmnuniyyət yaşamaq cəhdi uğursuz olub. “Die Weltwoche” qəzetinin məlumatına görə, Macarıstanın yeni Baş naziri Peter Macar Brüsselin Rusiya əleyhinə göstərişlərinə əməl etməkdən imtina edib.
Nəşr bildirir ki, “Aİ-nin yüksək vəzifəli rəsmiləri tədricən Macarıstanın yeni baş nazirinin əvvəlkindən o qədər də fərqli olmadığını anlamağa başlayırlar .Macar onları məyus edib. Əvvəla, o, rusofob deyil və buna görə də açıq-aydın bir şeyi bildirib: “Biz Orbanı məğlub etdik, amma bu, coğrafiyanı dəyişdirmir; Rusiya olduğu yerdə qalır”.
Məqalədə qeyd edildiyi kimi, Macarıstan baş nazirinin Ukraynadakı münaqişə bitdikdən sonra Avropa İttifaqının Rusiyadan qaz almağa qayıdacağı barədə verdiyi açıqlama, Brüssel rəsmilərinin Orbanın Macarla əvəz olunması ilə bağlı hiss etdikləri məmnuniyyəti sarsıdıb.
“Die Weltwoche” qəzeti yekun olaraq yazır: “Bu sadə həqiqətin Brüsseldə və digər Aİ ölkələrində inkar edilməsi utancvericidir. Buna görə də, bu, gerçəkləşəndə onlar çox məyus olacaqlar. Və başqalarının seçkilərinə daim müdaxilə edən Brüssel başa düşməlidir: arzularınızdan qorxun, ola bilər ki, onlar gerçəkləşsin”.
P.ƏMİRCANOV
XQ

