Cənubi Kaliforniyada kimyəvi çənin sıradan çıxması səbəbindən minlərlə insan təxliyə edilib

post-img

Xilasetmə xidmətlərinin verdiyi məlumata görə, cümə günü rəsmi qurumlar Los-Ancelesin Qardn Qrouv (Garden Grove) şəhər kənarında yaşayan on minlərlə insana evlərini təxliyə etmək barədə göstəriş verib. Buna səbəb partlama və ya sızma ehtimalı yüksək olan kimyəvi çənin havaya toksik buxar buraxma riski olub.

"Reuters"in məlumatına görə, Orange County Yanğından Mühafizə İdarəsinin rəisi Kreyq Kouvi (Craig Covey) sosial şəbəkədə paylaşılan videoda bildirib ki, yanğınsöndürənlər insanları təhlükəsiz məsafədə saxlayan mexaniki cihaz vasitəsilə çənləri su ilə soyudublar. Bu isə temperaturu sabitləşdirməyə və "vaxt qazanmağa" imkan verib.

Bundan əvvəlki videoda Kouvi qeyd etmişdi ki, masada iki variant qalıb: ya çən sıradan çıxaraq 7000 qallona qədər (26 500 litr) toksik kimyəvi maddənin ətrafa sızmasına səbəb olacaq, ya da partlayaraq qonşu çənləri də təhlükəyə atacaq.

Sonrakı videoda Kouvi vurğulayıb: "Mən bilirəm, hər kəs yalnız iki ssenarinin mümkün olduğu bir vəziyyətlə qarşı-qarşıya qaldığımızı deyir – çən ya çatlayıb sızacaq, ya da partlayacaq. Lakin bu, bizim üçün qəbuledilməzdir. Hazırda bu problemi necə həll edəcəyimizi müəyyənləşdirmək üçün yerli, regional, ştat və ölkə səviyyəsində aktiv şəkildə çalışan bütöv bir komandam var".

Kouvi əsas məqsədinin "bu böyük beyinləri bir araya gətirərək elə bir plan hazırlamaq olduğunu bildirib ki, həmin çənin partlamasına imkan verilməsin".

S.ELAY

XQ

 

Dünya