Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan heç vaxt “Rusiya əleyhinə kampaniyalarla məşğul olmayıb və olmayacaq". O əlavə edib ki, həm Rusiyada, həm də Ermənistanda iki ölkə arasındakı münasibətlərdə “böhran istəyən çoxlu insan var”.
Məlumatı “Kommersant” verib.
O bildirib ki , “Rusiya hörmətlə yanaşılmalı olan supergücdür. Rusiyanın maraqlarına da hörmətlə yanaşılmalıdır”.
Ermənistanın baş naziri qeyd edib ki, Ukrayna məsələsində “Ermənistan Rusiyanın müttəfiqi deyil. Onlar Ukrayna prezidentinin niyə Ermənistana gəldiyini soruşurlar. Bağışlayın, amma niyə gəlməməli idi? Ermənistan Azərbaycanla münaqişədə olanda Azərbaycan prezidenti Rusiyaya səfər etmirdimi? Yoxsa Rusiya prezidenti Azərbaycana səfər etmirdi?" - deyə Nikol Paşinyan əlavə edib.
Son aylarda Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə yaxınlaşma kursuna başlayıb. Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması ölkəyə ən azı 5 milyard dollara başa gələ bilər ki, bu da ÜDM-in 15-20 faizinə bərabərdir.
P.ƏMİRCANOV
XQ

