Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44 nömrəli binanın 2-ci mərtəbəsində “Azərkəndtikinti” ASC səhmdarlarının 23 may 2026-cı il saat 11.00-da keçirilməli olan növbəti ümumi yığıncağı təxirə salınaraq 11 iyul 2026-cı il saat 11.00-da keçiriləcəkdir.
İclasın gündəliyi:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması.
2. “Azərkəndtikinti” ASC-nin fəaliyyətinin bərpa edilməsi.
3. “Azərkəndtikinti” ASC-nin nizamnaməsinə (yeni redaksiyada) əlavə və dəyişikliklər edilməsi, həmin dəyişikliklərin təsdiq olunması və dövlət qeydiyyatına alınması.
4. Cəmiyyətin icra orqanının formalaşdırılması.
5. Cəmiyyətin müşahidə şurası və onun tərkibinin seçilməsi.
6. Cəmiyyətin təftiş komissiyası və onun tərkibinin seçilməsi.
7. Əlavə səhmlər buraxmaq yolu ilə cəmiyyətin nizamnamə kapitalının artırılması.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş digər məsələlərə baxılması.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətlərini təsdiq edən sənədlə iştirakı vacibdir. Əks halda, səhmdarın şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaqdır.
İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, S.Bəhlulzadə küçəsi 44. “Azərkəndtikinti” ASC-nin inzibati binası.
Əlaqə telefonu: (+994 12) 561-10-79.
Email: [email protected]
www.azerkendtikinti.az/webmail

