Nyu-Cersi və Nyu-Yorkda güclü daşqın və fırtına

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Nyu-Cersi və Nyu-Yorkda daşqın və fırtına səbəbindən 10 mindən çox insan elektriksiz qalıb. ABŞ mediasının verdiyi məlumata görə, güclü yağışlar Nyu-York şəhərinin Bruklin və Kvins ərazilərində daşqınlara səbəb olub.

Daşqın nəticəsində maşınlarında ilişib qalan sürücülər özləri çıxmağa çalışıblar. Rəsmilər yağıntının miqdarının şəhərin kanalizasiya sisteminin tutumunu aşdığını bildiriblər. Bəzi ərazilərdə şiddətli fırtınalar ağacların aşmasına və avtomobillərə zərər verməsinə səbəb olub.

Nyu-Cersi ştatında 10 mindən çox insan elektriksiz qalıb.

Nyu-York şəhərinin meri Zöhran Mamdani sosial mediada bildirib ki, şəhərin kanalizasiya sistemi yağışın həcminin öhdəsindən gələ bilmir. O, həmçinin daşqından zərər çəkmiş ailələrlə görüşdüyünü qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya