Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov “Vedomosti”yə verdiyi müsahibədə bildirib ki, Moskva və Vaşinqton ən yüksək səviyyədə Ukrayna məsələsi ilə bağlı işlərini davam etdirməyə sadiqdirlər.
Diplomat qeyd edib ki, Rusiya “Ankoric ruhunu” Rusiya Federasiyası və ABŞ prezidentləri arasında formalaşmış etimad atmosferi kimi başa düşür. Bu etimad atmosferi 2025-ci il Alyaska sammiti kontekstində Rusiya-Ukrayna münaqişəsinin əsas konturları üzrə rəhbərlik səviyyəsində razılığa gəlməyə imkan yaradıb və Moskva buna sadiq qalır: “Buna görə də, bu prosesin xaricdə necə adlandırılmasının əhəmiyyəti yoxdur - vacib olan odur ki, Rusiya və ABŞ-da ən yüksək səviyyələrdə həm Ukrayna məsələsində, həm də ölkələrimiz arasında qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əməkdaşlığın bərpası yollarının tapılmasında konstruktiv işin davam etdirilməsinə sadiqlik qalır”.
Ryabkov həmçinin qeyd edib ki, ABŞ-Rusiya münasibətləri üçün məqbul model, bir-birinin maraqlarının qarşılıqlı tanınmasına və ortaya çıxan məsələləri dialoq yolu ilə həll etməyə hazır olmağa əsaslanan qeyri-ideoloji və qarşılıqlı hörmətli birgəyaşayışı nəzərdə tutur. O əlavə edib ki, Moskva digər ssenarilərə də hazırdır.
P.ƏMİRCANOV
XQ

