Azərbaycan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması gözlənilir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək.

XQ xəbər verir ki, bu məsələ parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alıb.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayevin vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin edilməsi nəzərdə tutulur.

Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi planlaşdırılır.

Sosial həyat