Tramp Polşaya əlavə 5 min əsgər göndərir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

ABŞ Prezidenti Donald Tramp Polşaya əlavə 5000 Amerika əsgərinin göndəriləcəyini elan edib. O, bu barədə özünün Truth Social səhifəsində məlumat verib.

Xəbəri “Eurones” yayıb.

“Dəstəkləmək şərəfinə nail olduğum Polşanın hazırkı Prezidenti Karol Navrotskinin seçkilərdəki qələbəsini və münasibətlərimizi nəzərə alaraq, ABŞ-ın Polşaya əlavə 5000 əsgər göndərəcəyini məmnuniyyətlə elan edirəm. Diqqətinizə görə təşəkkür edirəm!” - deyə Amerika lideri yazıb.

Bu açıqlama ABŞ vitse-prezidenti J.D.Vensin jurnalistlərə Amerika qoşunlarının Polşaya planlaşdırılan yerləşdirilməsinin təxirə salındığını bildirməsindən iki gün sonra verilib.

ABŞ bir müddətdir ki, Avropadakı hərbi mövcudluğunu nəzərdən keçirir. Aylardır ki, Tramp administrasiyasının qitədəki Amerika qoşunlarının sayını azalda biləcəyi və NATO-nun Avropanın müdafiəsində daha çox iştirak edəcəyinin gözlənildiyi barədə şayiələr gəzir.

P.ƏMİRCANOV
XQ

Dünya