Beynəlxalq Miqrasiya Təşkilatı Baş direktorunun müavini XİN-də

post-img

Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək birgə fəaliyyət perspektivləri və miqrasiya proseslərinin idarə edilməsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.

Tərəflər ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə, xüsusən də Beynəlxalq Miqrasiya Təşkilatı ilə qurduğu uzunmüddətli münasibətlərin dinamikasını müsbət qiymətləndirib. Miqrasiya sahəsində idarəetmə mexanizmlərinin müasirləşdirilməsi istiqamətində reallaşdırılan müştərək təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Uqoçi Daniels Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatları, xüsusilə məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən işləri, Böyük Qayıdış Proqramını yüksək qiymətləndirib.

XQ

Son xəbərlər