Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakı–Tbilisi qatar reysi üzrə bilet satışı başlayıb.
XQ xəbər verir ki, məlumatı Azərbaycan Dəmir Yolları yayıb.
Məlumata əsasən, ilk qatar mayın 25-də saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşəcək.
Qeyd edək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edəcək sərnişin qatarında sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç müxtəlif sinifdə xidmət təqdim olunacaq.

