Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) üzrə milli koordinator Anar Quliyev Liviyanın mənzil tikintisi naziri Essam əl-Tamuni ilə görüşüb.
XQ xəbər verir ki, A. Quliyev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Görüş zamanı institusional əməkdaşlıq imkanlarını müzakirə etdik və Azərbaycanın mənzil və şəhərsalma idarəçiliyi mexanizmlərinin formalaşdırılması sahəsində təcrübəsini bölüşdük", - A. Quliyev yazıb.
Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərin yenidən qurulması və müasir yaşayış infrastrukturunun yaradılması sahəsində təcrübə barədə fikir mübadiləsi aparılıb.

