Avropa çempionatında 2 qızıl medal

post-img

Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Güləş Federasiysından verilən məlumata görə, 38 kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Əmrahlı finalda estoniyalı Daniel Samuelə tam üstünlüklə (9:0) qalib gələrək Avropa çempionu olub.

Paşa Aslan (44 kq) isə finalda ermənistanlı Paşa Xudoyanı 4:1 hesabı ilə üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ülviyyə Musayeva (33 kq) polşalı İnes Şimçakla ukraynalı Viktoriya Pervaçukun kürəyini yerə sıxaraq “tuş”la qələbə qazanıb. Həmyerlimiz bu gün finalda türkiyəli Yağmur Minazla güləşəcək.
Qeyd edək ki, qitə birinciliyinə mayın 24-də yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman