Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İranın Hörmüz boğazından gəmilərin keçidini tənzimləmək üçün yaradılan Körfəz Su Yolları İdarəsi nəzarət etdiyi əraziləri açıqlayıb. İdarə X sosial şəbəkəsində Hörmüz boğazındakı nəzarət sərhədlərini göstərən xəritə dərc edib.
Məlumatı “Anadolu” verib.
Dərc olunmuş məlumatlara görə, nəzarət zonası şərqdə İranın Mübarək dağı bölgəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Cənubi Fuceyra xətti arasındakı ərazini, qərbdə isə İranın Qeşm adası ilə BƏƏ-nin Ümm əl-Küveyn adası arasındakı xətti əhatə edir.
Mayın 4-də İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri Komandanlığı da Hörmüz boğazındakı nəzarət edilən ərazilərin xəritəsini dərc edib və orada eyni sərhədlər göstərilib.
P.ƏMİRCANOV
XQ

