Rusiya prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib ki, Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin yaxın həftələrdə Moskvaya səfəri gözlənilir.
Bu barədə Uşakova istinadən “Komsomolskaya Pravda” qəzetinin saytında məlumat yerləşdirilib.
Uşakov nəşrin jurnalisti Andrey Zobovla söhbətində qonaqların səfərinin dəqiq tarixinin hələ məlum olmadığını bildirib.
Daha əvvəl mediada Stiv Uitkoffun mümkün səfəri ilə bağlı məlumatlar yayılmışdı. Rusiya prezidentinin investisiya üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də qeyd edib ki, Trampın xüsusi nümayəndəsi çox yaxın gələcəkdə Rusiyaya səfər etmək niyyətindədir.
P.ƏMİRCANOV
XQ

