Stolüstü tennisçilərimiz Tacikistana yollanıblar

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Stolüstü tennisçilər daha bir beynəlxalq yarışa qatılacaqlar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, seçmə komandanın üzvləri mayın 21-də Tacikistanda start götürəcək "Prezident kuboku" turnirində iştirak edəcəklər.

Düşənbə sınaqlarında baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaq.

Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.

Qabil YUSİFOĞLU 
XQ 

İdman