Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.
Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq 19 may 2026-cı il tarixindən 08 iyun 2026-cı il tarixinədək qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçən ali təhsil müəssisəsinin müvafiq şöbəsi tərəfindən sənədləri təsdiqlənmiş şəxslər “Xarici dil” imtahanına buraxılacaqlar.
“Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzində (DİM) 25 iyun 2026-cı il tarixində keçirilməsi nəzərdə tutulmuşdur. Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş doktoranturaya qəbul olmaq istəyən şəxslər üçün “Fəlsəfə” fənni üzrə imtahan 1–3 sentyabr 2026-cı il tarixlərində, ixtisas imtahanı isə 8–10 sentyabr 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılmışdır.
Portal.edu.az saytına daxil olmazdan əvvəl asoiu.edu.az saytında yerləşdirilən məlumatla tanış olmağınız tövsiyə olunur.
Qəbul qaydaları haqqında ətraflı məlumat almaq istəyənlər ADNSU PHŞ-nın Magistratura və doktorantura mərkəzinə (Azadlıq prospekti, 34, 5-ci mərtəbə, otaq 500a) müraciət edə bilərlər.
REKTORLUQ

