“Şirvan Mehmanxana” ASC səhmdarlarının nəzərinə!

post-img

30 iyun 2026-cı il saat 12.00-da Şamaxı şəhəri, 24-cü məhəllə, M. Əzizbəyov küçəsi, 41 nömrəli ünvanda "ŞİRVAN" Hotelində "Şirvan Mehmanxana" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1) 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı.

2) Təşkilatı və sair məsələlər.

Səhmdar ümumi yığıncaqda bilavasitə özü və ya nümayəndəsi vasitəsilə etibarnamə ilə iştirak edə bilər.

Ümumi yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiqləyən sənədin əslini (nümayəndə olduqda isə etibarnaməsinin notarial təsdiq edilmiş surətini) təqdim etməlidir.

 

Reklam və elan