Azərbaycan İlahiyyat İnstitutu doktoranturaya qəbul elan edir

post-img

Azərbaycan İlahiyyat İnstitutu

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli
sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2026-cı il üçün fəlsəfə doktoru proqramları üzrə

Doktoranturaya qəbul elan edir

Fəlsəfə doktoru proqramları üzrə doktoranturaya sənəd qəbulunun 2026-cı il mayın 19-dan iyunun 9-dək həyata keçirilməsi nəzərdə tutulub.

Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Əlaqə nömrəsi: +994 12 436 77 66 (daxili: 118; 117).

Reklam və elan