Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla razılığa gəlinib-gəlinməyəcəyi tezliklə aydın olacaq.
Məlumatı “Anadolu” verib.
Tramp Ağ Evin bağçasında Konqres üzvləri ilə görüşərkən İran gündəliyi ilə bağlı açıqlamalar verib. İranla danışıqların davam etdiyini vurğulayan prezident tərəflərin razılığa gələ bilib-bilməyəcəyinin tezliklə aydınlaşacağını bildirib: “Biz bu müharibəni çox tez bir zamanda bitirəcəyik. Onlar razılaşmaya çox can atırlar, bu vəziyyətdən beziblər. Düşünürəm ki, biz bunu çox tez bir zamanda həll edəcəyik. Ümid edirəm ki, bu məsələni yaxşı həll edəcəyik”.
Tramp həmçinin iddia edib ki, ABŞ İranın hərbi və siyasi liderliyini əsasən “məhv edib”.
“Biz onların donanmasını, hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini məhv etdik. Demək istəmirəm ki, liderləri məhv edilib, çünki bu, yaxşı səslənmir, amma bu faktdır", - deyə o bildirib.
Prezident vurğulayıb ki, Vaşinqton heç bir halda İranın nüvə silahı hazırlamasına icazə verməyəcək: “Biz buna dözə bilmərik və dözə bilməyəcəyik”.
P.ƏMİRCANOV
XQ

