Mayın 22-də Azərbaycan Şahmat Federasiyasının növbəti Hesabat Konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən şahmat ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb.
Sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Azərbaycan şahmatında böyük nailiyyətlər əldə olunub.
Azərbaycan Şahmat Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin sədri Mahir Məmmədov 2025-ci ilin yekunlarına dair hesabatla çıxış edib.
AŞF-nin yeni loqosunun və yenilənən veb-saytı konfrans iştirakçılarına təqdim edilib.
Federasiyanın Hakimlər, Məşqçilər, Uşaq və Gənclər, Bəstəçilik, eləcə də Qadın və Sosial məsələlər üzrə komissiyaların 2025-ci il ərzində görülən işlərlə bağlı hesabatı dinlənilib.
Qabil YUSİFOĞLU
XQ

