Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Mayın 22-də cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 5 çəkidə 164 cüdoçu qüvvəsini sınayıb. Qızlar -48 kq, -63 kq; oğlanlar isə -60 kq, -81 kq, +90 kq çəki dərəcələrində mübarizə aparıb.
Yarışda ümumilikdə 100 klub və idman cəmiyyətindən 614 cüdoçu (494 oğlan, 120 qız) iştirak edib.
Mükafatçıları təqdim edirik:
Qızlar 48 kiloqram çəkidə– 1. Nərmin Niftalızadə (Şuşa UGİM), 2. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), 3. Mədinə Hüseynova (Saray İK), 3. Məsumə Təhməzli (Bakı Cüdo Klubu).
63 kiloqram çəkidə– 1. Zilan Hüseynli (Şağan OİK), 2. Nərmin Sadulova (Sərhədçi İM), 3. Məryəm Yusifli (Ordu İdman Klubu), 3. Səma Vəlizadə (Neftçi Sumqayıt).
Oğlanlar
60 kiloqram çəkidə –1. Əli Abdullayev (Judo Club 2020 İK), 2. Ayxan Abbaszadə (Goranboy UGİM), 3. Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ), 3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ).
81 kiloqram çəkidə– 1. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. İslam Adıgözəlzadə (Elxan İK), 3. Yusif Ağakişiyev (RKİM), 3. Ömər Atayev (Judo Club 2012)
90 kiloqramdan artıq çəkidə –1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ),
2. İdris Xanbalayev (Ordu İdman Klubu), 3. Hüseyn Mehdiyev (ROİL), 3. Nihad Məlikli (Neftçi Sumqayıt)

