Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.
Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Şeyx Məhəmməd bin Raşid Al Maktum
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və
Baş naziri, Dubayın Əmiri

