Gəncədə şəhərsalma və memarlıq irsinə həsr olunan respublika konfransı keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Azərbaycan şəhərsalma və memarlıq irsinin Gəncə nümunəsində tarixi inkişaf mərhələləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Elmi forumda Bakı, Şəki, Ağcabədi, Şabran, Lənkəran və Gəncədən alim və mütəxəssislər iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb. Daha sonra Gəncənin memarlıq irsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən Bölmənin sədri, akademik Fuad Əliyev “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən tədbirin Azərbaycanın qədim şəhərlərinin memarlıq ənənələrinin və şəhərsalma tarixinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Plenar iclasda Gəncə şəhərinin memarlıq irsi, orta əsr şəhərsalma ənənələri, Arran memarlıq məktəbi, Qarabağ xanlığının qalaları və digər mövzularda məruzələr dinlənilib.

Konfrans işini üç bölmə üzrə iclaslarla davam etdirib, sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri





















Sosial həyat