Rəqəmsal və iqlimə dayanıqlı mənzil modelləri müzakirəsi

post-img

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” mövzusunda panel sessiya keçirilib.

Tədbirdə dayanıqlı şəhər inkişafı, rəqəmsal texnologiyaların şəhərsalma və mənzil sektorunda tətbiqi, “ağıllı şəhər” idarəçiliyi, yaşıl və aşağıkarbonlu binalar, süni intellektəsaslı şəhər həlləri, inklüziv urbanizasiya modelləri və rəqəmsal idarəetmə məsələləri müzakirə olunub.

Sessiyada UN-Habitat-ın Asiya və Sakit okean regionu üzrə regional ofisinin insan məskunlaşmaları üzrə mütəxəssisi Roi Çiti, UN-Habitat-ın Çin Ofisinin baş müşaviri Canq Çjenşan, Tonci Universitetinin vitse-prezidenti Li Syanin və UNITAC-ın rəhbəri, proqram idarəçiliyi üzrə baş mütəxəssis Alina Matta çıxış ediblər.

Tədbir çərçivəsində “ağıllı bina” texnologiyaları, rəqəmsal xəritələşdirmə sistemləri, şəhər məlumat platformaları və insan mərkəzli “Ağıllı şəhər” layihələri təqdim edilib.

XQ

Son xəbərlər