Ərdoğan: İranla razılaşma mərhələsində hər cür kömək göstərməyə hazırıq

post-img

Türkiyə İranla mümkün razılaşmanın həyata keçirilməsi mərhələsində hər cür dəstəyi göstərməyə hazırdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp və digər həmkarları ilə telekonfrans formatında danışıqları zamanı bildirib.

Xəbəri “Anadolu” verib. 

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin sosial media səhifəsində yer alan paylaşıma görə, danışıqlarda Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Sani, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman, İordaniya kralı II Abdullah, Pakistan Baş Qərargah rəisi Asim Munir və ABŞ prezidenti kabinetinin üzvləri iştirak ediblər.

Yaxın Şərqdəki, xüsusən də İrandakı hadisələr müzakirə edilib. Prezident Ərdoğan bildirib ki, Ankara həmişə problemlərin dialoq və diplomatiya yolu ilə həll edilməsinin tərəfdarıdır.

Dövlət başçısı İranla diplomatik prosesin ABŞ Prezidenti Donald Trampın qeyd etdiyi səviyyəyə çatmasından məmnunluğunu ifadə edib.

P.ƏMİRCANOV
XQ

Dünya