“Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi mexanizmləri” monoqrafiyası çap olunub

post-img

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin  əməkdaşlarının “Azərbaycanda sahibkarlığın inkişafının iqtisadi mexanizmləri” adlı kollektiv monoqrafiyası nəşr edilib.

Kitabın müəllifləri iqtisad elmləri doktoru (i.e.d.), professorlar Tərbiz Əli­yev, Qəzənfər Süleymanov, iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosentlər Mahir Zey­­na­lov, Əbdül-Səməd Həsənov, Ramil Əli­yev, elmi işçilər Sevda Mah­­mu­do­va, Minarə Ağa­ye­va və Sidiqə Balami­ye­vadır.

İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı əsasında çap edilən kitabın elmi redaktorları i.e.d., professor Tərbiz Əliyev və i.f.d., dosent Mahir Zeynalov, rəyçiləri i.e.d., dosent Allahyar Muradov və i.f.d., dosent Rahim Sadıqovdur.

 Mo­noq­ra­fi­ya İq­ti­sa­diy­yat İns­ti­tu­tu­nun “Biz­nes mü­hi­­ti­nin tən­zim­lən­mə­si və sahibkarlığın in­ki­şa­fı” şö­bə­­si­ndə 2024-2025-ci il­­­­­lər­də “Azər­bay­­can­­da biz­­nes mü­hi­­ti­­nin tənzim­­­­lən­­mə­si və sa­hib­kar­­­lı­ğın in­ki­şa­­fı­­nın iq­ti­sa­di me­xa­nizm­­­lə­ri­nin tək­mil­­ləş­­di­ril­­mə­si istiqamətləri” möv­­zu­­­sun­da apar­­ılmış el­mi təd­qi­­qat­lar əsa­sın­da ya­zıl­mış­dır.

Monoqrafiyada Azərbaycanda sahibkarlığın inkişafının əsas xüsusiyyətləri, iqtisadi mexanizmləri, qeyri-neft sektorunda sahibkarlıq fəaliyyəti, maliyyə-vergi tənzimlənməsi, sahibkarlıq subyektlərinin məqsədli maliyyələşdirmə alətləri, işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadiyyat quruculuğu və biznesin inkişafı məsələləri təhlil olunmuşdur. Emal sənayesində fərdi sahibkarlıq fəaliyyətinin müasir vəziyyəti təhlil edilməklə yanaşı təkmilləşdirilməsi istiqamətləri verilmişdir. Azərbaycanda startaplar, startap ekosistemi və bu sahədəki beynəlxalq təcrübə tədqiq olunmuşdur. Ölkəmizdə qadın sahibkarlığının inkişaf meyilləri  və əsas xüsusiyyətləri təhlil edilmişdir. Sonda tədqiqatın nəticələrini özündə ehtiva edən yekun təkliflər və tövsiyələr öz əksini tapmışdır. 

 Monoqrafiya elmi işçilər, tədqiqatçılar, magistrlər, doktorantlar, iqtisadi siyasət məsələləri ilə məşğul olanlar üçün nəzərdə tutulmuşdur 

Sosial həyat