Qətər İrana 12 milyard dollar verildiyi barədə məlumatı təkzib edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Qətər Tehrana razılığa gəlmək üçün 12 milyard dollar təklif edildiyi barədə məlumatları təkzib edib. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Məlumatı “Anadolu” yayıb. 

Onun sözlərinə görə, bu barədə məlumat doğru deyil, bu cür xəbərlər razılaşmanı pozmaq, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək səylərinə mane olmaq istəyən tərəflər tərəfindən yayılır.

O, Qətərin regional tərəfdaşlarla əlaqələndirilmiş şəkildə həyata keçirdiyi diplomatik səylərin yaxşı məlum olduğunu vurğulayıb: “Bu cür açıqlamalar Qətərin sülh quruculuğunda etibarlı beynəlxalq oyunçu kimi nüfuzuna xələl gətirmək üçün çarəsiz cəhdlərdən başqa bir şey deyil”.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl sosial mediada İranla razılaşmanın “çox yaxında” olduğunu bildirmişdi.

P.ƏMİRCANOV
XQ

Dünya