2426.01 - “Ekologiya (elm sahələri üzrə)” - 1 yer
3305.03 - “İnşaat konstruksiyaları, bina və qurğular” - 1 yer
6405.01 - “Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması və landşaft memarlığı” - 1 yer
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün instituta aşağıdakı sənədlər təqdim edilməlidir:
- elmi müəssisənin rəhbərinin adına ərizə;
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- iş yerindən xasiyyətnamə;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications – olduğu halda).
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə 19 may 2026-cı il saat 11.00-dan 9 iyun saat 18.00-dək həyata keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumatı institutun “Elmi-texniki informasiyalar və doktorantura” şöbəsindən ala bilərlər.
Əlaqə telefonu: 012-496-37-60 (215).
İnstitutun ünvanı: Bakı şəhəri, Füzuli küçəsi 65.

