Külli miqdarda tütün məmulatları aşkar edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

XQ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə