Nəsimi rayonunda Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirilib

post-img

Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən Dünya müsəlmanlarının ən müqəddəs və əziz bayramlarından biri olan Qurban bayramı münasibətilə Nəsimi rayonunda xeyriyyə aksiyası təşkil olunub.

Belə ki, rayon ərazisində yaşayan 300 nəfərdən sakini əhatə etməklə, 98 şəhid ailəsi, müharibə əlilləri və aztəminatlı ailələlərə qarşıdan gələn Qurban bayramı münasibətilə maddi yardım və bayram sovqatları təqdim edilib.

Tədbirin əsas məqsədi cəmiyyətin həssas təbəqələrinə xüsusi diqqət və qayğının göstərilməsi, həmçinin bayram sevincinin birgə paylaşılması olub. Həyata keçirilən aksiya dövlətin sosial siyasətinin tərkib hissəsi olaraq vətəndaş rifahının yüksəldilməsinə, sosial həmrəyliyin və humanitar dəyərlərin möhkəmləndirilməsinə xidmət edir.

Həssas kateqoriyadan olan ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, belə təşəbbüslərin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Bayram ərəfəsində təşkil olunan bu kimi sosial layihələr həm də milli-mənəvi dəyərlərin, birlik və həmrəylik ənənələrinin təbliği baxımından xüsusi önəm daşıyır.



















Sosial həyat