AFFA "Qarabağ"ı 8000 manat cərimələyib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

AFFA İntizam Komitəsinin iclası keçirilib.

XQ xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” matçı ilə bağlı cərimələr müəyyənləşib.

Ağdam təmsilçisi 8000 manat dəyərində cəza ilə üzləşib.

22 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 86.3);

Qeyd edək ki, qarşılaşma "köhlən atlar"ın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman