Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Bir neçə həftə əvvəl telefon danışığımız zamanı qeyd etdiyim kimi, Almaniya ikitərəfli münasibətləri daha da genişləndirməkdə olduqca maraqlıdır. Çoxsaylı həll olunmamış münaqişələr, getdikcə sürətlənən iqlim dəyişikliyi və yeni geosiyasi gərginliklərlə səciyyələnən bu dövrdə biz birlikdə mühüm çağırışlarla üzləşirik.

Bu baxımdan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş xüsusilə ruhlandırıcıdır. Sizin regionda qalıcı sülhün bərqərar olması yolundakı səylərinizin tezliklə davamlı uğur qazanmasını arzu edirəm.

Azərbaycan xalqını milli bayram münasibətilə ürəkdən təbrik edir, Sizə və ailənizə ən səmimi arzularımı çatdırıram.

 

Frank-Valter Ştaynmayer

Almaniya Federativ Respublikasının Prezidenti

Məktublar