Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Şamaxıda növbəti Beynəlxalq Barbekü Festivalına hazırlıqlar başlayıb.

XQ xəbər verir ki, iyunun 13-14-də keçiriləcək festival Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi və “Abqora” restoranının dəstəyi ilə təşkil olunur.

Mədəni mübadilə və qastronomik turizmin genişləndirilməsinə yönələn festivalda müxtəlif ölkələrdən tanınmış şef-aşpazlar iştirak edəcək, möhtəşəm barbekü təqdimatları və dünya mətbəxinin ləziz nümunələri təqdim ediləcək.

Kulinariya bayramında fərqli mətbəx mədəniyyətləri ilə daha yaxından tanış olmaq, iştirakçılar arasında ünsiyyəti genişləndirmək, fərqli təamları dadmaq imkanı yaradılacaq.

Pavilyonlarda peşəkar şeflər dünya mətbəxinin zənginliyini təqdim edəcək, kulinariya məharətlərini bölüşəcək, “Barbekü və Manqal” dueti, “Steyk şou”, musiqili proqram təqdim olunacaq.

Qeyd edək ki, ötən il Şamaxıda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalı kütləviliyi və rəngarəngliyi ilə yadda qalmışdı. Builki festival da ziyarətçilərə maraqlı və zəngin proqram vəd edir.

Festivala biletlər iTicket.az-da satışdadır.

Mədəniyyət